29 Sentyabr 2024
Dünyadan

“Kəpəz”dən ayrılan futbolçunun yeni klubu bilindi

“Kəpəz”dən ayrılan Mate Kvirkiviyanın yeni klubu bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, gürcüstanlı futbolçu ölkəsinin “Qaqra” klubu ilə anlaşıb.

28 yaşlı vinger 2022-ci ildən “Kəpəz”də çıxış edirdi. O, son mövsumdə 31 matçda meydana çıxıb, 5 qol, 7 assistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43