28 Sentyabr 2024
Ölkə futbolu

AFFA futboldan uzaqlaşdırılan iki şəxsin şikayətini təmin etmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı son olaraq “İrəvan” klubunda çıxış edən futbolçu Fəhmin Muradbəylinin şikayətini təmin etməyib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Danışılmış matçlarda iştiraka görə ömürlük futbolla əlaqəli fəaliyyətlərdən uzaqlaşdırılan yarımmüdafiəçi ilə bağlı qərar qüvvədə saxlanılıb.

Danışılmış oyunlara görə təqsirli bilinən “Azərbaycan Qartalları” klubunun məşqçisi Rüfət Həsənovun da şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Fəhmin Muradbəyli karyerasında “Neftçi”, “Səbail” və “Keşlə” (hazırkı “Şamaxı”) klublarının da formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43