28 Sentyabr 2024
Dünya futbolu

“Çelsi”nin sabiq baş məşqçisi “Lester”ə üz tutur

“Lester” yeni baş məşqçi ilə heyətini gücləndirəcək.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə təmsilçisi “Çelsi”nin sabiq baş məşqçisi Qrem Potteri komandanın başına gətirmək istəyir.

Yenidən Premyer Liqada mübarizə aparacaq klub 2023-cü ilin aprelindən bəri işsiz olan Qrem Potterlə demək olar ki, bir çox məsələlərdə razılaşıb.

Tərəflər arasında danışıqlar bitmək üzrədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43