28 Sentyabr 2024
Dünyadan

“Makkabi” “Sabah”ı İsraildə qəbul edə bilməyəcək – SƏBƏB

Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Sabah”la qarşilasacaq “Makkabi” (Hayfa) ev oyunlarınü İsraildə keçirə bilməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb İsraildə davam edən müharibədi. Hayfa təmsilçisi məcburiyyətdən oyunlarını başqa ölkədə keçirəcək. Artıq matçın baş tutacağı ölkə də məlumdu. Bu, Macarıstandı.

Artıq İsrail Futbol Federasiyası ilə Macarıstan Futbol Federasiyası arasında razılıq əldə edilib.

Razılaşmaya əsasən İsrailin avrokuboklarda çıxış edəcək bütün komandaları –  “Makkabi” (Hayfa), “Makkabi”(Tel-Əviv), “Hapoel”(Hayfa) ev matçlarını Macarıstanda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43