28 Sentyabr 2024
Dünya futbolu

Kasemiro “Bavariya”ya “yox” dedi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro “Bavariya”ya keçməkdən imtina edib.

İdmanxeber.az-ın məlumatına görə, bu yaxınlarda 32 yaşlı braziliyalı ilə bağlı sorğu aparılsa da o, Münhen təmsilçisinə “yox” deyib. Kasemiro 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir.

Ötən mövsüm o, mankunianların heyətində bütün turnirlərdə 32 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı yarımmüdafiəçinin dəyərini 20 milyon avro qiymətləndirir. Onun “Mançester Yunayted”lə müqaviləsi 2026-cı ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43