28 Sentyabr 2024
Ölkə futbolu

Bölgə klubları azarkeşləri ilə fərqləndi

II Liqanın ən çox tamaşaçı toplayan oyunu I tura təsadüf edib.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Sheki City” ilə “Dinamo” arasındakı görüşdə 1100 izləyici olub. “Lerik” – “Qusar” matçında 900, “Cəbrayıl” – “Füzuli” oyununda 800 seyrçi qeydə alınıb.

II Liqanın 182 oyunundan 6-sı texniki nəticə ilə yekunlaşıb. Digər 176 matçı 24092 tamaşaçı izləyib. Ev oyunlarındakı orta tamaşaçı sayında Şəki təmsilçisi liderdir. “Ağdaş” bu göstəricidə ikincidir. İlk “üçlüy”ü “Şəmkir” qapayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43