28 Sentyabr 2024
Dünya futbolu

Premyer Liqa klubu baş məşqçisini açıqladı

“Lester Siti” Stiv Kuperin yeni baş məşqçi təyin olunduğunu açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssislə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Kuperin son iş yeri ötən ilin dekabrında ayrıldığı “Nottinqem Forest” olub.

Bundan əvvəl o, “Suonsi” və İngiltərənin yeniyetmələrdən ibarət milli komandasını çalışdırıb.

“Lester” ötən mövsüm Çempionşipdə çempion olub və Premyer Liqaya qayıdıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43