28 Sentyabr 2024
Dünya futbolu

Basketbol millimiz hazırlıq oyununda məğlub oldu

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışının ikinci mərhələsini davam etdirən 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi hazırlıq oyunu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, yığma Gürcüstanın U-18 kollektivi ilə üz-üzə gəlib.

Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik ediyi komanda rəqibinə 67:73 hesabı ilə uduzub

Qeyd edək ki, millimiz təlim-məşq toplanışında daha bir neçə yoxlama oyunu keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43