28 Sentyabr 2024
Ölkə futbolu

Premyer Liqa klubunda yerlilərin 90% ilə razılıq əldə olundu – Yalnız biri xaric

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini qorumağa çalışır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi hazırda komandadakı yerli futbolçuların demək olar ki, hamısi ilə ilkin razılığa gəlib. Qərb klubunun heyətində yalnız hücumçu Amil Yunanov komandada qalmaq istəmədiyini bildirib.

31 yaşlı futbolçu özünə yeni komanda axtarır. Yunanovun real təklifləri olmasa da, gözləmək qərarına gəlib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43