28 Sentyabr 2024
Dünya futbolu

Antuan Qrizmann Niderland görüşündən danışdı

Fransa yığmasının hücumçusu Antuan Qrizmann Avro-2024-ün qrup mərhələsinin II turunda qarşılaşacaqları Niderlandla oyunu barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu qarşılaşmanın çox çətin keçəcəyini bildirib:

“Biz təkmilləşdirməyə çalışacağıq. Düşünürəm ki, müdafiədə əla oynadıq, lakin hücumda bütün problemləri həll etmək üçün iki-üç şansımız var idi. Biz bunu düzəltməyə çalışacağıq. Bu oyuna həm fiziki, həm də texniki cəhətdən yüz faiz hazır olmalıyıq”.

Niderland – Fransa oyunu iyunun 21-də baş tutacaq. Moskva vaxtı ilə 22.00-da başlayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43