28 Sentyabr 2024
Ölkə futbolu

Radamel Falkao Kolumbiya klubunda

Hücumçu Radamel Falkao Kolumbiyanın “Millonarios” klubu ilə müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, sözləşmənin müddəti 2024-cü ilin sonuna qədərdir. Falkao 13 yaşına kimi “Millonarios”un gənclər komandasında çıxış edib.

38 yaşlı forvardın son klubu “Rayo Valyekano” olub. Kolumbiyalı daha əvvəl “Qalatasaray”, “Monako”, “Çelsi”, “Mançester Yunayted”, “Atletiko Madrid”, “Porto” və “River Pleyt”də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43