28 Sentyabr 2024
Dünya futbolu

“Barselona”ın hücumçusu “Çelsi” və “Bavariya”nın diqqətində

“Barselona”nın futbolçusu Mark Qui Avropa klublarının maraq dairəsindədi.

İdmanxeber.az-ın məlumatına görə, oyunçunu “Bavariya” və “Çelsi” transfer etmək niyyətindədi. Quinin müqaviləsində 6 milyon avro qarşılığında sərbəst qalacağı bildirilib. 

İki klub da bu məbləği ödəməyə hazırdı.

Mark Qui “Barselona”nın yetirməsidir. Onun İspaniya nəhəngi ilə müqaviləsi gələn ilin yayında başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43