28 Sentyabr 2024
Ölkə futbolu

Yuri Syomin Kurban Berdiyevin “Turan Tovuz”a gəlməsindən danışdı

“Azərbaycanda “Qarabağ”la rəqabət aparmaq çətindir. Onların güclü baş məşqçisi və yaxşı təşkilatlanmış komandası var. Kurban Berdıyev rəqabət apara bilsə, yaxşı olar”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq çalışdırıcısı Yuri Syomin Kurban Berdiyevin “Turan Tovuz”a baş məşqçi təyin olunması barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Klubun beynəlxalq səviyyəyə çıxa biləcəyini bilmirəm. Çünki çempionatda daha bir ciddi komanda – “Neftçi” də var. Berdıyev hər şeyə nail olub, onun biliyi ilə komanda daha yaxşı oynayacaq”.

71 yaşlı Kurban Berdıyev 2001-2013, 2017-2019-cu illərdə Rusiyanın “Rubin” komandasına rəhbərlik edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43