“Sumqayıt”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində üz-üzə gələcəyi “Fehervar”la cavab qarşılaşmasının keçirilmə tarixi dəyişdirilib.
İdmanxeber. az xəbər verir ki, bu barədə klub saytı məlumat paylaşıb. UEFA-nın qərarına əsasən, oyun nəzərdə tutulduğu kimi 1 avqust tarixində deyil 31 iyulda keçiriləcək.
Qeyd edək ki, cütün ilk oyunu iyulun 25-də Azərbaycanda baş tutacaq.