28 Sentyabr 2024
İdman

“Sabah” üç basketbolçu ilə müqavilənin müddətini uzatdı

“Sabah” klubu üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Endər Poladxanlı, Şirzad Şirzadov və Əlikamran Məmmədov 2024/2025 mövsümündə də komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, “Sabah” başa çatan mövsümdə Azərbaycan Basketbol Liqasının qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43