“Liverpul”un yarımmüdafiəçisi Tayler Morton karyerasını Almaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunu satın almaq opsionu ilə icarəyə götürmək niyyətində olan 21 yaşlı ingilis üçün “Leypsiq” klubu müraciət edir.
Ötən mövsüm Morton Çempionşipdə “Hall Siti”nin heyətində 39 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.