Almaniyada təşkil olunan Avro-2024-də bu gün qrup mərhələsinə yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, günün əsas qarşılaşması isə F qrupunda baş tutub. Qardaş ölkə Türkiyə Çexiyanı məğlub edərək qrup ikincisi kimi 1/8 finala adlayıb. “Ay-ulduzlular” 1/8 finalda Avstriya ilə üz-üzə gələcək.
Portuqaliya isə qonşu Gürcüstanla qarşılaşıb. Gürcülər bu matçda gözlənilməz qələbə qazanmaqla qrupda üçüncü yeri tutmaqla 1/8 finala yüksəliblər.
Qeyd edək ki, Avro-2024 iyulun 14-də yekunlaşacaq.