Türkiyə Futbol Federasiyası (TTF) UEFA-nın millinin müdafiəçisi Merih Dəmiralı iki oyunluq cəzalandırdığı üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə “Milliyet” nəşri xəbər yayıb. Qeyd olunur ki, CAS matç günü günorta saatlarına qədər işə baxacaq və qərar verəcək.
26 yaşlı türk Avro-2024-ün 1/8 finalında Avstriya ilə oyunda (2:1) sonra azarkeşlərə “bozqurd” işarəsi edib.
Türkiyə 1/4 finalda Niderland millisi ilə qarşılaşacaq. Qarşılaşma iyulun 6-da, saat 23:00-da keçiriləcək.