“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviçin yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatlna görə, təcrübəli mütəxəssis İranın “İstiqlal” (Xuzistan) klubu ilə anlaşıb. Bojoviçlə imzalanan müqavilənin detalları açıqlanmayıb.
“İstiqlal” ötən mövsüm İran çempionatını 14-cü yerdə tamamlayıb.
56 yaşlı məşqçi 2023/2024 mövsümündə “Neftçi”ni çalışdırıb.