20 Sentyabr 2024
Ölkə futbolu

Rüstəm Əfsərli yenidən “Neftçi”də

Rüstəm Əfsərli “Neftçi”nin PFK-nın Media üzrə koordinatoru vəzifəsinə təyin edilib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klub rəsmi saytından məlumat paylaşıb. “Ağ-qaralar” Əfsərlinin təyinatını belə təqdim edib:

“Azərbaycanın ən yaxşı idman jurnalistlərindən biri olan Rüstəm Əfsərli 2005-ci ildən idman mətbuatındadır. 2015-ci ildən etibarən isə o, “CBC Sport” kanalında çalışıb. Bu müddətdə müxtəlif layihələrin yaradıcısı və iştirakçısı olub, telekanalda Şərhçilər qrupuna rəhbərlik edib və Proqram direktoru kimi fəaliyyət göstərib. Həm milli, həm də beynəlxalq idman yarışlarında şərhçi, aparıcı və prodüser kimi işləyib, 2018 və 2020-ci illərdə “İlin ən yaxşı şərhçisi” mükafatını qazanıb.

Uşaqlıqdan “Neftçi” azarkeşi olan və bunu müsahibələrində də gizlətməyən Rüstəm Əfsərlini yenidən böyük “Neftçi” ailəsinin bir parçası olması münasibəti ilə təbrik edirik! Evinə xoş gəlmisən!”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43