Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Uqandanın paytaxtı Kampalada keçirilən beynəlxalq turnirdə şəxsi və qoşa yarışda uğurlu çıxış edib.
İdmanxeber.az-ın məlumatına görə, idmançı gümüş medal qazanıb.
Qeyd edək ki, İ.Əliyev Dünya Badminton Federasiyasının illik təqvimində yer alan “Uganda Para Badminton International” turnirində ardıcıl üç ildir mükafatçılar sırasında yer alır.