19 Sentyabr 2024
Dünya futbolu

Tanınmış sabiq futbolçu millinin baş məşqçisi oldu

Uels Futbol Assosiasiyası Kreyq Bellaminin milli komandaya baş məşqçi təyin edildiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb. Bellami ilk dəfə böyüklər komandasına rəhbərlik edəcək.

Əvvəllər o, “Bernli”də köməkçi və müvəqqəti baş məşqçi olub. Həmçinin “Anderlext”in gənclər komandasına rəhbərlik edib.

Bellami futbolçu kimi 1998-2013-cü illərdə Uels milli komandasında çıxış edib. Ümumilikdə ölkəsinin millisində 78 oyun keçirib və bu oyunda 19 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43