Xəbər verdiyimiz kimi, müqavilə ilə Albaniyanın “KF Erzeni” klubuna məxsus Redon Mihana “Kəpəz”in transfer təklifinə son anda “yox” cavabı verib.
İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə klubunun bütün məsələlərdə anlaşdığı Albaniya millisinin sabiq futbolçusu son anda Azərbaycana gəlməkdən imtina etmişdi. Buna səbəb onun klubu ilə davam edən sözləşməsi və bu müqavilədən irəli gələn şərtlərə riayət etmək məcburiyyətində qalması idi. Lakin 25 yaşlı futbolçu klubu ilə məsələni həll edib və “Kəpəz” tərəfi ilə əlaqəyə keçərək “sarı-göylər”də oynamağa razı olduğu bəlli olub.
Tərəflər arasında bəzi kiçik detallar da həllini tapsa, yeni mövsümdən Mihananı “Kəpəz”də görə biləcəyik.