UEFA Çempionlar Liqası II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Linkoln” (Cəbəllüttariq) – “Qarabağ” matçının favoriti açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, futbol biliciləri təmsilçimizi aşkar favorit hesab edib. Səfərdə gerçekləşəcək ilk görüşdə ev sahibi “Linkoln”un qələbəsinə 10,50, “Qarabağ”ın qalibiyyətinə isə 1,33 əmsal təyin edilib. Matçın heç-heçə bitmə ehtimalı 5,49 olaraq dəyərləndirilib.
“Linkoln” – “Qarabağ” görüşü iyulun 23-də, saat 20:00-da baş tutacaq.