19 Sentyabr 2024
Ölkə futbolu

Premyer Liqada çıxış etmiş futbolçu bölgə klubunda

Azərbəycan II Liqa təmsilçilərindən “Şahdağ Qusar” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Qusar təmsilçisi bir zamanlar “Səbail” forması ilə Premyer Liqada top qovan Ruslan Hacıyevlə anlaşıb. Tərəflər arasında bir müddətdi gedən danışıqlar müsbət yekunlaşıb.

Qeyd edək ki, Hacıyev son mövsümdə I liqa klubi “İmişli”nin şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43