Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edən “Sabah”in bu turnirin III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, “bayquşlar” turnirin II təsnifat mərhələsində “Makkabi”ni (İsrail) keçə bilsə, “Vaduts” (Lixtenşteyn) – “Sent-Patriks Atletik” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Konfrans Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.