“Kəpəz” klubu ilə “Gəncə Memorial Hospital” arasında sponsorluq müqaviləsi bağlanıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Razılaşmaya əsasən, “Gəncə Memorial Hospital” “sarı-göylər”ın sağlamlıq sponsoru olacaq. əsas və əvəzedici, habelə akademiyanın komandalarına ödənişsiz müayinə, müalicə, tibbi baxış və s. xidmət göstəriləcək, dərman ehtiyaclarının qarşılanmasına dəstək veriləcək.
Qeyd edək ki, buna kimi “Kəpəz” “Babir” idman geyimləri və “Aqua Life Qax” suları ilə tərəfdaşlıq müqaviləsi imzalamışdı.