“Öz stadionumuzda ilk oyunumuzu keçirəcəyik. Pis hazırlaşmamışıq. İlk matçda qalib gəlmişik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları “Linkoln”la (Cəbəllütariq) oyun öncəsi mətbuat konfransında deyib.
O, daha sonra sözlərinə belə davam edib:
“Çox yaxşı müdafiə olunmağı bacaran komandaya qaşrı mübarizə aparacağıq. “Linkoln”la matçın mahiyyəti bizim üçün önəmlidir. Qalib gələcəyimiz təqdirdə UEFA Konfrans Liqasının qrup mərhələsini özümüz üçün təmin edəcəyik”.