21 Sentyabr 2024
Dünya futbolu

“Sumqayıt”ın futbolçusu Vyetnam klubunda

“Sumqayıt”ın yollarını ayırdığı Erik Sorqa karyerasını Vyetnamda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı hücumçu bu ölkənin “Ho Çi Min Siti” klubu ilə anlaşıb. Estoniya millisinin üzvü yeni klubu ilə iki illik müqaviləyə qol çəkib. 

Sorqa ötən yay “Lokomotiv”(Plovdiv) klubundan “Sumqayıt”a keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43