21 Sentyabr 2024
Ölkə futbolu

“Kəpəz”in yeni transferi Gəncədə

“Kəpəz” daha bir legionerlə razılığa gəlib.

İdmanxeber.az-a verilən məlumata görə, bir dönəm “Səbail”də çıxış edən Valdemar Almeyda (Pana) artıq “sarı-göylər”də oynayacaq. O, artıq Gəncə şəhərindədir.

Futbolçu komandanın düşərgəsinə qoşulub.

Anqolalı yarımmüdafiəçi ilə yaxın vaxtda müqavilə imzalanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43