21 Sentyabr 2024
Ölkə futbolu

Portuqaliyalı futbolçu “Beşiktaş”da – RƏSMİ

 “Beşiktaş” növbəti transferini gerçəkləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Benfika”dan Joao Marionu heyətinə cəlb edib. Portuqaliyalı futbolçu ilə 1+2 illik müqavilə imzalanacağı gözlənilir.

O, bu mövsüm “qara qartal”da icarə əsasında çıxış edəcək. 31 yaşlı futbolçu daha əvvəl  “Sportinq” (Lissabon), “Vest Hem”, “Lokomotiv” (Moskva) və “İnter”də oynayıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43