20 Sentyabr 2024
Ölkə futbolu

Ağabala Ramazanov məşqçiliyə başladı

Azərbaycan millisinin sabiq üzvü Ağabala Ramazanovun yeni iş yeri məlum olub.

İdmanxeber.az xəbər verir ki, bu ilin iyun ayında karyerasını bitirən 32 yaşlı keçmiş yarımmüdafiəçi “Zirə”nin akademiyasında məşqçi kimi çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Ağabala Ramazanovun son klubu “Səbail” olub. O, 2020-2023-cü illərdə “Zirə”də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43