20 Sentyabr 2024
Ölkə futbolu

“Zədə aldığım an başım hərləndi, özümü pis hiss etdim”

“Hər şey yaxşıdı, komanda ilə məşqlərdə iştirak edirəm. Allaha şükür ki, ciddi bir şey olmadı. Zədə aldığım an başım hərləndi, özümü pis hiss etdim. İndi isə hər şey qaydasındadır. Həkimlər də qorxulu bir şeyin olmadığını dedi”. 

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in kapitanı Yeqor Xvalko “Araz Naxçıvan” görüşündə aldığı ciddi zədə barəsində danışarkən deyib. Belaruslu futbolçu özünü qarşıdakı oyunlara hazır hiss etdiyini bildirib:

“Hər hansı bir ağrım və ya narahatlığım yoxdur. Baş məşqçi şans versə, növbəti oyunda meydanda olacam. Hazırda komanda istədiyimiz kimi çıxış etmir. Amma həmişə belə olur, mövsümə zəif başlayırıq, sonra vəziyyəti düzəldirik. Yenə eyni cür olacağına ümid edirik. Bunun üçün təcili xal və ya xallar qazanmalıyıq. Bu, toparlanmaq üçün çox vacibdir. Komandamız güclənir, yeni oyunçular gəlir. Bütün bunlar bizə qarşıdakı oyunlar üçün ümid verir”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43