20 Sentyabr 2024
Ölkə futbolu

“Azərbaycandan iki-üç klubdan təkliflərim var idi” – Amil Yunanov

“Azərbaycandan iki-üç klubdan təkliflərim var idi. Ötən mövsüm oynadığım “Kəpəz”də də qala bilərdim. Sadəcə danışıqlarımız alınmadı. Bu səbəbdən də ölkə xaricinə üz tutdum”.

Bu sözləri İdmanxeber.az saytına Albaniya Super Liqa təmsilçisi “Byulis” klubuna transfer olunan Amil Yunanov deyib. O, daha sonra belə davam edib:

“Ölkə xaricinə çoxdan üz tutmaq istəyirdim. Kaş ki, daha əvvəldən gələrdim. Qismət bu il imiş. Komandanın öz hədəfləri var. Mümkün qədər yuxarı pillərlərdə olmaq istəyirik. Çalışıb burada əvvəlki formamı bəra etmək istəyirəm. Əgər yaxşı başlasam, ardı da gələcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43