20 Sentyabr 2024
Ölkə futbolu

“Sumqayıt” gürcüstanlı futbolçunu transfer etdi – RƏSMİ

“Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

İdmanxeber.az-ın məlumata görə, “gənclik şəhəri” təmsilçisi ötən mövsümü Türkiyənin “Kocaelispor” klubunda keçirmiş gürcüstanlı futbolçu Giorgi Karaişvili ilə “1+2” illik müqavilə imzalayıb.

28 yaşlı yarımmüdafiəçi yeni komandasında 12 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli, Alan Dias və Miloş Miloviçin keçidini reallaşdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43