20 Sentyabr 2024
Dünya futbolu

“Qarabağ”ı gözləyən məşhur kluba 4 dəqiqə bəs etdi

İngiltərə kubokunda 1/16 mərhələsinin oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın Avropa iqasındakı rəqibi “Tottenhem” bu tur aşağı liqa təmsilçisi “Koventri” ilə qarşılaşıb. 88-ci dəqiqəyə kimi 0:1 geridə olan London klubu sona 4 dəqiqə qalmış iki qol vuraraq mərhələ adlayan tərəf olub. Bununla da “Tottenhem” kubokun 1/8 final mərhələsinə yüksəlib.

Qeyd edək ki, “Qarabağ” sentyabrın 26-da Londonda “Tottenhem”in qonağı olacaq. Qarşılaşma Bakı vaxtı saat 23:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43