Azərbaycan I Liqasında II tura yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, turun azarkeşlər tərəfindən ən çox maraq göstərilən matçı “Mingəçevir”lə “Karvan” arasında keçirilib. Bölgə klublarının duelini 1200 azarkeş izləyib.
“Difai” – “İmişli” qarşılaşmasına isə tamaşaçılar maraq göstərməyib. Matçı tirbunalardan cəmi 60 nəfər izləyib.
Digər oyunlarda qeydə alınan azarkeş sayı belədir:
“Cəbrayıl” – “Zaqatala” – ASCO Arena. 60 tamaşaçı, 0:0
“Qaradağ Lökbatan” – “Qəbələ” – Lökbatan OİK stadionu. 150 tamaşaçı, 0:5
“Baku Sportinq” – MOİK – Baku Sporting Arena. 320 tamaşaçı, 0:0