Massimiliano Alleqri “Roma”nın təklifinə müsbət cavab verməyib.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu təcrübəli mütəxəssislə danışıq aparmaq istəsə də, “yox” cavabı alıb. Alleqri “canavarlar”da işləmək istəməyib.
Təcrübəli çalışdırıcı həmçinin “Milan” klubunun baş məşqçi postuna da namizəddir. Yerli mətbuat Alleqrinin “qırmızı-qaralar”dan təklif gözlədiyini iddia edir.