“Çelsi”nin və Fil Dişi Sahilinin sabiq hücumçusu Salomon Kalou futbolçu karyerasını bərpa edib.
İdmanxeber.az-ın məlumatına görə, 39 yaşlı forvard ölkəsinin “Qaqnoa” klubunun futbolçusu olub. O, həm də direktor vəzifəsini tutacaq.
Kalu karyerası ərzində “Feyenoord”, “Çelsi”, “Lill”, “Herta” və “Botafoqo”da çıxış edib. O, Fil Dişi Sahili millisində 97 oyun keçirib və 28 qol vurub.