22 Sentyabr 2024
Ölkə futbolu

“Səbail” “Sabah”ı, “Sumqayıt” “Zirə”ni qəbul edir – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 7-ci tura yekun vurulacaq.

İdmanxeber.az xəbər verir ki, son gündə 2 matç keçiriləcək. Əvvəlcə “Səbail” “Sabah”ı qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq.

Digər matçda isə “Zirə” “Sumqayıt”ın qonağı olacaq. Oyun saat 20:30-da start götürəcək.

Misli Premyer Liqası, 7-ci tur

22 sentyabr

18:00. “Səbail” – “Sabah”
Hakimlə
r: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev

ASCO Arena

20:30. “Sumqayıt” – “Zirə”
Hakimlər: 
İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov

Mehdi Hüseynzadə adına stadion


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43