22 Sentyabr 2024
Milli komanda

Millinin heyəti açıqlandı

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası təlim məşq toplanışı keçirəcək.

Komanda 23-25 sentyabrda Milli Komandaların Təlim-Məşq Mərkəzində, 25 sentyabr – 1 oktyabr tarixlərində isə Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışı və yoldaşlıq görüşü keçirəcək.

Yığmamızın bu toplanışlar üçün heyəti açıqlanıb:

Firuzə Bayramova (“Dinamo Balakən”), Nərgiz Ağalıyeva, Arzu Cəfərova, Bədriyyə Mövludova, Elizaveta Vaysman, Arzu Ağalıyeva, Ayan Abdiyeva (“Şəfa”), Aygün Novruzova, Aysu Əsədova (“Sabah”), Xanım Əsədova, Ayşən Salamzadə, Səma Əsədova, Aylin Kərimova (“Neftçi”), Şəhanə Mirzəliyeva, Könül Hüseynova (“Mingəçevr”), Suel Polikarpova, Elmira Hüseynova (“Ulduz”), Sara Səlimova (“Gömrükçü”), Məryəm Səmədli (“Səbail”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43