25 Sentyabr 2024
Dünya futbolu

“Qalatasaray” – PAOK oyunu Azərbaycanda canlı yayımlanacaq

“Qalatasaray” Avropa Liqası liqa mərhələsində ilk oyununa çıxır.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu doğma meydanda PAOK-u qəbul edəcək. Saat 23:00-da start götürəcək görüş Azərbaycandan canlı yayımlanacaq.

Azarkeşlər qarşılaşmanı “CBC Sport” kanalı vasitəsilə birbaşa izləyə biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43