28 Sentyabr 2024
Ölkə futbolu

Azər Bağırov: “Uğursuzluq zolağından çıxmaq üçün planlar cızırıq”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov “Zirə” oyunu (0:3) sonrası mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis qarşılaşmanı belə şərh edib:

“Oyun konsentrasiyasından düşürük. Oyundan-oyuna nələrisə yaxşı etməyə çalışırıq. Düşünürəm ki, ilk hissədə daha yaxşı mübarizə apardıq. Meydançada bağışlanmayan səhvləri həm birinci, həm də ikinci hissədə etdik. Əvəzetmədən meydana daxil olan futbolçularla bağlı onu deyə bilərəm ki, hər bir oyunun öz tapşırığı var. Məşqçilər korpusu ilə birlikdə fikirləşdik ki, oyuna daha yaxşı yerli futbolçular qoşula bilər və ona görə də onları meydana buraxdıq. Uğursuzluq zolağından çıxmaq üçün planlar cızırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43