Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulacaq.
İdmanxeber.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə “Şamaxı” “Turan Tovuz”u qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq.
Turun son qarşılaşmasında “Qarabağ” və “Sabah” üz-üzə gələcək. Oyuna saat 19:00-da start veriləcək.
29 sentyabr
16:00. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Elvin Bayramov
Şamaxı şəhər stadionu.
19:00. “Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
“Azərsun Arena”.