30 Sentyabr 2024
Dünya futbolu

“Real”ın uğursuz derbi seriyası davam edir

İspaniya La Liqanın 8-ci turunda “Atletiko” evdə “Real”la heç-heçə edib – 1:1.

İdmanxeber.az-ın məlumatına görə, bu nəticəylə “kral klubu”nun uğursuz derbi seriyası davam edib. Belə ki, “Real” son dörd gürüşdə “Atletiko”nu məğlub edə bilmir. Komanda geridə qalan 4 matçda 3 heç-heçə edib, bir dəfə məğlub olub.

“Real” sonuncu dəfə 2022-ci ilin sentyabrında İspaniya derbisində qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43