İspaniya millisinin sabiq üzvü Serxio Ramos Misir klubuna keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Zamalek” təcrübəli oyunçunun xidmətində maraqlıdır. Klub rəsmisi Əli Hişam da danışıqların olduğunu təsdiqləyib.
Sob qərarı Ramos özü verəcək. Müdafiəçi son olaraq “Sevilya” klubunda çıxış edib. O, hazırda azad agentdir.