03 Oktyabr 2024
Ölkə futbolu

“Turan Tovuz”un oyununa biletlər satışa çıxdı

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, azarkeşlər biletləri bu gündən etibarən stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilər.

Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır. Oyun 6 oktyabr tarixində, saat 17:45-də Tovuz şəhər stadionunda baş tutacaq.

Qeyd edək ki, oyundan sonra komandanın rəsmi tərəfdaşı olan “İnci Group of Companies” tərəfindən lotereya təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43