03 Oktyabr 2024
Dünya futbolu

Rodriqo “Lill”ə qarşı niyə oynamayıb?

“Real”ın hücumçusu Rodriqonun Çempionlar Liqasında “Lill”lə matçını niyə buraxdığı məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu belindəki problem səbəbindən oynamayıb. Braziliyalı La Liqada “Atletiko” ilə oyunda (1:1) zədələnib. 

Rodriqo Çempionlar Liqası matçında ehtiyat oyunçular skamyasında otursa da, meydana çıxmadı. Onun yoxluğunda “Real” fransızlara 0:1 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43