Dünya futbolu

A seriyasında baş məşqçi istefası

İtaliya A Seriyasında baş məşqçi istefası reallaşıb.

İdmanxeber.com-un məlumatına görə, “Peskara” klubu baş məşqçisi Massimo Oddo ilə yollarını ayırıb. Buna klubun uğursuz çıxışı səbəb olub. Klubun rəsmi saytında yer alan məlumata görə, klub rəhbərliyinin bu gün baş tutan iclasında bir vaxtlatın məşhur futbolçusunun qovulmasına qərar verilib.

Qeyd edək ki, “Peskara” çempionatda geridə qalan 24 tur ərzində cəmi 9 xal toplayıb və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43