Dünya futbolu

A seriyasında yeni mövsümün başlama vaxtı açıqlandı

İtaliya Futbol Federasiyası (FIGC) rəsmi saytı vasitəsi ilə koronavirus pandemiyasına görə dayandırılan 2019/20 mövsümünün başa çatacağı və növbəti mövsümün başlama tarixlərini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, qurumdan bildirilib ki, A, B və C seriyalarının avqustun 20-dək yekunlaşdırılması, növbəti mövsümün isə sentyabrın 1-də başlanmasına qərar verilib.

Qeyd edək ki, daha əvvəl İtaliyada çempionatların iyunun 13-də bərpa olunacağı açıqlansa da, daha sonra ölkə rəhbərliyi kütləvi tədbirlərin təşkilinə qoyulan qadağanın iyunun 14-dək uzadıldığını bəyan etmişdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43